Hakimə etiraz edənlər ”kars”a salınıb

Jurnalistlərin zaldan çıxarılmasını istəməyən təqsirləndirilən şəxslər cəzalandırılıb

Source:


Jurnalistlərin zaldan çıxarılmasını istəməyən təqsirləndirilən şəxslər cəzalandırılıb

Nardaran hadisələrinə görə, təqsirləndirilən şəxslər cərimə kamerasına (kars) salınıb.

Bu barədə Meydan TV-yə təqsirləndirilən şəxslərdən Ruzi İsmayılovun vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Zeynal Ağayev jurnalistləri zaldan çıxarıb. Həmin hadisə isə təqsirləndirilən şəxslər- Zülfüqar Mikayılov, Ruzi İsmayılov və digər on nəfərin etirazına səbəb olub. Təqsirləndirilən şəxslər iclasdan sonra saxlanıldıqları Bakı İstintaq Təcridxanasına aparılıblar və orada 12 nəfərin hər birini cərimə kamerasına salıblar. Bir neçə saatdan sonra təqsirləndirilən şəxslər oradan çıxarılsa da, Zülfüqar Mikayılov, Ruzi İsmayılov və Ramil Seyfullayev üç gün müddətində cərimə kamerasında qalıblar.

Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrdən sonra saxlanılıblar.

Ana səhifəXəbərlərHakimə etiraz edənlər ”kars”a salınıb