Hakim partiya 71 mandat qazanıb

Bu dəfə mandat alan YAP-çıların 18 nəfəri ilk dəfədir parlamentə mandat alıblar

Source:

Bu dəfə mandat alan YAP-çıların 18 nəfəri ilk dəfədir parlamentə mandat alıblar

Hakim Yeni Azərbaycan Partiyası (YAP) V çağırış Milli Məclisə seçkilərdə 71 seçki dairəsində qalib gəlib. “Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, YAP-ın 71 namizədi deputat seçilib.

Onlardan 70-ni hakim partiya rəsmi formada namizəd irəli sürmüşdü. Bir nəfər – 41 saylı Sumqayıt birinci seçki dairəsindən öz təşəbbüsü ilə seçkiyə qatılan YAP üzvü Xəlilov Mirzəcan Mirzəmməd oğlu da deputat seçilib. Bununla da hakim partiya Milli Məclisdəki 125 yerdən 71-ni qazanıb.

Hakim partiya 2010-cu ildə keçirilən parlament seçkilərində də 71 dairədə qalib gəlmişdi. Bu dəfə mandat alanlardan 18 nəfəri ilk dəfə parlamentə düşürlər.

Bu dəfəki parlamentdə 21 qadın olacaq. 2010-cu il parlamentində də də xanım deputatların sayı o qədər idi. Bu dəfə isə Leyla Abdullayeva, Rəbiyyət Aslanova, Gülçöhrə Məmmədova qanunverici orqandan kənarda qalıb. Onlardan Leyla Abdullayeva özü namizədliyini geri götürmüşdüsə, Rəbiyyət Aslanova və Gülçöhrə Məmmədova namziədliklərini irəli sürməmişdi.

Bundan əlavə parlamentə 39 bitərəf, 11 digər partiyaların nümayəndələri mandat qazanıb. Onlardan ADİP, ADMP, AVP, ASRP, BAXCP, BQP, VBP, VHP, Vəhdət, MDHP-nin liderləri və üzvləri V çağırış Milli Məclisində olacaqlar. Ümumilikdə ən az səsi (38,6 faiz) Fərəc Quliyev, ən çox səsi isə Mehriban Əliyeva (96,7 faiz) qazanıb.

Ana səhifəXəbərlərHakim partiya 71 mandat qazanıb