Hakim Əvəz Zeynallını başa düşməyib

“Söhbət təzminatın məbləğindən yox, azad mətbuatın susdurulmasından gedir…”

Source:

“Söhbət təzminatın məbləğindən yox, azad mətbuatın susdurulmasından gedir…”

İyulun 21-də Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim İslam Əliyevin sədrliyilə “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Apellyasiya Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı.

Prosesdə iddiaçı “Xural” qəzetinin hazırda siyasi motivlərlə həbsdə sxlanılan baş redaktoru Əvəz Zeynallının vəkili Elçin Sadıqov boğazımdan əməliyyat olunduğu və danışa bilmədiyi üçn iştirak etməyib. Məhkəmə heyəti vəkilin iştirakı olmadan prosesin necə davam etdirilə biləcəyi ilə bağlı tərəddüdlərinə Ə.Zeynallı “Onsuz da Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaqsınız. Vəkilin gəlib-gəlməməsinin nə əhəmiyyəti var. Qərarınızı verin, çıxaq gedək” deyib və əlavə edib ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı qətnamədə bildirilir ki, guya proses zamanı iddiaçı tərəf dəlil-sübut və şahid təqdim etmədiyindən iddia təmin olunmayıb. Halbuki prosesdə kifayət qədər dəlil-sübut təqdim olunub və şahidlər dindirilib: “Az qala kor olmaq lazımdır ki, o qədər faktın qarşılığnda bu cür qətnamə hazırlayasan. Görünür ona görə, BAM-nin hakimi Cəmilə Səfiyeva başını məhkəmədən götürüb qaçdı”.

Hakim İslam Əliyev bildirdi ki, vəkil iclasda iştirak etmədiyindən iddiaçını dinləyə bilməz. Buna baxmayaraq, hakim İslam Əliyevin “Mən başa düşə bilmirəm ki, siz əgər mənəvi ziyana düşmüsünüzsə nə üçün iddia tələbində Mətbuat Şurasndan 1 maat təzminat alınaraq hakimə verilməsini istəmisiniz?” – sualına Ə.Zeynallı “Bu işə siz Azərbaycanın ədliyyə sistminin şərtləri altında elə baxırsınız. Sabah iş Avropa Məhkəməsinə gedəndə mənim iddia tələbim daha ciddi dəyərləndiriləcək. Söhbət təzminatın məbləğindən yox, azad mətbuatın susdurulmasından gedir…” – deyə cavab verdi.

Beş dəqiqəlik müşavirədən sonra Ali Məhkəmənin Məhkəmə Kollegiyası “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Apellyasiya Məhkəməsinin çıxardığı qtnaməni qüvvədə saxladı.

Məlumat üçün bildirək ki, Ə.Zeynallı Mətbuat Şurasının 2011-ci ilin sentyabrında qəbul etdiyi “Xural”ın “qara siyahıya” daxil edilməsi haqqında qərarının qanunsuz hesab edilməsini istəyib. İddiaçı bunun qəzetin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edib və məhkəmədən Mətbuat Şurası barəsində səlahiyyətlərin aşılması haqqında xüsusi qərar çıxarmağı xahiş etmişdi.

Ana səhifəXəbərlərHakim Əvəz Zeynallını başa düşməyib