”Hadisədən sonra namaz qılmağa getdik” (VİDEO)


Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Proses zamanı təqsirləndirilən şəxslərdən ikisi Arif Əliyev və Kənan Mədətov ifadə verib. Kənan Mədətov ifadəsində onu hadisə baş verən yerə Elşən İsmayılovun apardığını bildirib. Onun sözlərinə görə jurnalisti Arif, Elşən və Camal adlı şəxslər döyüb. Kənan Mədətov deyir ki, hadisədən sonra “Bibiheybət” ziyarətgahına gedərək nəzir verib, namaz qılıblar.

Vəkil Fariz Namazlının sözlərinə görə, ittiham olunanların ifadələri istintaqa verdikləri ifadələrdən kəskin fərqlənir.

Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin olunub.


Çəkdiyiniz video və fotoları bizimlə paylaşa bilərsiniz. #‎whatsapp‬ nömrəmiz:

+49 176 16263646

Ana səhifəVideo”Hadisədən sonra namaz qılmağa getdik” (VİDEO)