Hacı Tale Bağırovun həbs müddəti 4 ay uzadıldı

İlahiyyatçı qərardan, müddətdən və zindanda olmasından asılı olmayaraq, həmişə azad olduğunu məhkəməyə bildirdi.

Source:


İlahiyyatçı qərardan, müddətdən və zindanda olmasından asılı olmayaraq, həmişə azad olduğunu məhkəməyə bildirdi.

Avqustun 13-də  Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovun kamerasında mobil telefon tapılması ittihamı ilə bağlı məhkəmə prosesi keçirilib.

Tale Bağırovun vəkili Elvin Nəbiyevin verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı Şöhrət Əhmədov çıxış edərək, Tale Bağırovun sözü gedən ittihamla bağlı 5 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Tale Bağırov qərardan, müddətdən və zindanda olmasından asılı olmayaraq, həmişə azad olduğunu məhkəməyə bildirdi.

Yekunda hakim, Tale Bağırova 4 ay azadlıqdan məhrumetmə cəzası verdi.




İlahiyyatçı Tale Bağırov martın 31-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq, narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu qərarla da ona verilən həbs müddəti 2 il 4 ay oldu.

Ana səhifəXəbərlərHacı Tale Bağırovun həbs müddəti 4 ay uzadıldı