Hacı Məmmədov prezidentə müraciət edib

O, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə hədə-qorxu və təzyiqlərə məruz qaldığı üçün məhkəmədə sözünü deyə bilməyib

Source:


O keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə hədə-qorxu və təzyiqlərə məruz qaldığı üçün məhkəmədə sözünü deyə bilməyib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov dövlət başçısına müraciət edib.

“Report”un məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan H.Məmmədov son illərdə ilk dəfə ailə üzvləri ilə görüşüb.

Ona ailə üzvlərinin vasitəsi ilə vəkil tutulub. Vəkil artıq H.Məmmədovla görüşüb. H.Məmmədov yeni vəkilinə bildirib ki, ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olan dövrdə hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə sözünü deyə bilməyib.

H.Məmmədov qeyd edib ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur. O, Z.Nəsirovun süni olaraq, bu işə cəlb edildiyini deyib.

DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində tutulub.

2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.

Ana səhifəXəbərlərHacı Məmmədov prezidentə müraciət edib