Gürcüstanın qaz tələbatını Azərbaycan ödəyəcək

Rəsmi Tbilisi “Qazprom”dan qaz alışını dayandırır

Source:


Rəsmi Tbilisi “Qazprom”dan qaz alışını dayandırır

Gürcüstan “Qazprom”dan qaz alışını dayandıracaq. “APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.

Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.

Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və “Şahdəniz” konsorsiumu çıxış edəcək. Beləliklə, Gürcüstanın qaz idxalında Rusiyanın payı 4%-ə enəcək.

Nazirliyin proqnozuna əsasən, bu il Gürcüstan ümumilikdə 2,457 mlrd. kubmetr həcmində təbii qaz idxal etmək niyyətindədir ki, bunun da 2,347 mlrd. və ya 95,5%-i Azərbaycanın payına düşəcək.

İlham Şaban

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə bildirib ki, Kaxa Kaladzenin bəyanatında sensasiya doğuracaq məqam yoxdur:

“2016-cı ilin yekunlarına əsasən, Gürcüstana istehlak edilən qazın 93 faizi Azərbaycanın hesabına olub. Birinci rübdə 100 milyon kubmetr Rusiya qazı idxal ediblər, yanvar-fevral aylarında, bundan sonra idxal etmək niyyətləri olmadığını açıqladılar. Bu, ondan qaynaqlanır ki, “Şahdəniz” qazının qış aylarında nəqletmə problemi olmuşdu. Söhbət bp şirkətindən gedir, yəni hasilatla bağlı deyil. Ona görə Gürcüstan Rusiyadan 3-4 gün qaz almağa məcbur oldu. Bundan əlavə, bu ilin sonuna, dekabra qədər mülayim qış gözlənilir, bu mənada Rusiyadan qaz almağa ehtiyacları yoxdur”.

“Gürcüstana verilən qazın 1,3 milyard kubmetri ARDNŞ-nin üzərinə düşür. 350 milyon kubmetri tranzit qazın hesabınadır, 450 milyon kubmetr də “Şahdəniz”dən kommersiya qazı Gürcüstana satılır”,-deyə İlham Şaban fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərGürcüstanın qaz tələbatını Azərbaycan ödəyəcək