Gürcüstan Prezidenti: Baş nazirlərin təyinatı ilə bağlı maskarad bitməlidir

Source:
Georgi Marqvelaşvili
Georgi Marqvelaşvili

Baş nazirlərin təyin olunub, istefa vermələri maskaraddır.

Bunu Gürcüstan Prezidenti

Georgi Marqvelaşvili

ölkənin Baş naziri Kvirikaşvilinin gözlənilmədən istefa verməsinə münasibət bildirərkən deyib.

“Baş nazirlərin təyinatı və istefaları ictimaiyyət üçün qaranlıq qalıb. Avropa ölkələrində Baş nazir postuna hakim partiyanın sədri gətirilir. Bu təcrübəyə əsasən, “Gürcü arzusu” partiyasının sədri, Bidzina İvanişvili hökumətə rəhbərlik etməlidir”, – prezidenti deyib.

O, qeyd edib ki, ictimaiyyət uğurlu fəaliyyət göstərən baş nazirlərin istefa səbəblərini bilməlidir.

“Hesab edirəm ki, qəfildən yeni Baş nazirin təyin edildiyi maskarad dövrü bitməlidir. İctimaiyyət Baş nazirin hansı prinsip əsasında təyin edilməsini bilməlidir”.

Gürcüstan Prezidenti milyarder B.İvanişvilini məsuliyyətli siyasətçi olmağa dəvət edib.

“Məsuliyyətli siyasət proseslərin formalaşmasının dövlət və ictimaiyyət üçün anlaşılan olması deməkdir. Hesab edirəm ki, baş nazirləri kimin və hansı prinsip üzrə təyin edilməsi ilə müşahidə olunan qəribə proses bitməlidir”.

Baş nazir G.Kvirikaşvili hakim partiya və onun sədri B.İvanişvili ilə fikir ayrılığını əsas gətirərək, vəzifəsindən istefa verib.

O, 2015-ci ilin dekabrından bu vəzifəni tuturdu.

G.Kvirikaşviliyə qədər Gürcüstanın Baş naziri İrakli Qaribaşvili idi. İki il bu vəzifəni tutduqdan sonra, o, heç bir izahat vermədən istefaya gedib.

B.İvanişvili 2012-ci ildə rəhbərlik etdiyi “Gürcü arzusu” partiyasının seçkilərdə qalibiyyətindən sonra bir il ərzində Baş nazir olsa da, istefaya gedib və siyasətlə məşğul olmaq istəmədiyini bildirib.

2018-ci ilin mayında B.İvanişvili yenidən rəsmi olaraq hakim partiyanın sədri vəzifəsini tutub.

Politoloqlar və müxalifətin fikrincə, ölkədə bütün vacib təyinatlar B.İvanişvilinin razılığı ilə baş verir.

Ana səhifəXəbərlərGürcüstan Prezidenti: Baş nazirlərin təyinatı ilə bağlı maskarad bitməlidir