Gürcüstan məhkəməsi jurnalistin Azərbaycana ekstradisiyasına qərar verib

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

Müdafiə tərəfi qərarla razılaşmır

Tbilisi Şəhər Məhkəməsi jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verib. Gürcüstanın Baş Prokurorluğu onun Bakıya təhvil verilməsini tələb edib, saxlanılan şəxsin özü və vəkili bununla razılaşmayıb.

Müdafiə tərəfinin fikrincə, Sadıqov ekstradisiya edilərsə, o, jurnalist fəaliyyəti və hakimiyyəti tənqid etməsi ilə bağlı olan siyasi təqiblərdən, işgəncələrdən və qeyri-insani rəftardan xilas ola bilməyəcək.

Beynəlxalq təşkilatlar, o cümlədən “Amnesty International” və ATƏT Gürcüstanı insan hüquqlarının pozulması, beynəlxalq öhdəliklərə əməl edilməməsi üçün Əfqan Sadıqovun Azərbaycana təhvil verilməsinin qarşısını almağa çağırıb.

Sadıqov “Azel.TV” media nəşrinin baş redaktorudur. O, 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayır.

Əfqan Sadıqov avqustun 3-dən həbsdədir.

Ana səhifəSiyasətGürcüstan məhkəməsi jurnalistin Azərbaycana ekstradisiyasına qərar verib