Gürcüstan: Dollarla krediti olan bu krediti lariyə çevirə bilər

Özü də aşağı məzənnə ilə.

Source:
Gürcüstan
Gürcüstan
Gürcüstan
Gürcüstan

Gürcüstanda dollarla krediti olan bu krediti lariyə çevirə bilər. Özü də aşağı məzənnə ilə.

Gürcüstan hökuməti Milli Bankla birlikdə “lariləşmə planı” hazırlayıb.

Gruziya Online-nın verdiyi xəbərə görə, baş nazir Gioirgi Kvirikashvili deyib ki, “2015-ci il yanvarın 1-nə kimi dollarla kredit götürənlər həmin krediti dollardan lariyə çevirə bilərlər. Krediti lariyə çevirəndə cari məzənnədən 0,2 aşağı məzənnə götürüləcək. Məsələn, 1 dollar 2,50 laridirsə, onda krediti 1 dollar – 2,30 məzənnəsi ilə çevirıcəklər.”

Baş nazir deyib ki, bu, birdəfəlik sosial aksiyadır, köməkdir.

Dollar kreditini lariyə çevirməyə bir şərt qoyulur. Dollarla krediti götürən fiziki şəxsdirsə və krediti götürəndə əmlakını girov qoyubsa, onda o, dollarla krediti lariyə çevirə bilər.

Hökumətin bu addımı borclu olanlara böyük köməkdir. Ancaq Exo Kavkaza yazır ki, hökumət buna getməsə, Gürcüstanın maliyyə-bank sistemi təhlükə altına düşə bilər.

Gürcüstanda dollarla kredit götürənlər ildə 500 milyon lari , yəni təxminən 200 milyon dollar faiz ödəyirdilər. Lari düşməyə başlayandan və gəlib 1 dollara 2,51 lari həddinə çatandan bu illik faiz 800 milyona qalxıb.

Exo Kavkaza yazır ki, mütəxəssislər hələ xeyli əvvəl deyirdilər ki, 1 dollar 2,60 lariyə çatsa, onda adamlar artıq dollarla götürdükləri kreditlərə görə ödəniş etmək qabiliyyətlərini tamamailə itirəcəklər.

“Cəmiyyət və Banlklar” təşkilatının sədri Georgi Kepuladze deyir ki, hakimiyyət bankları məcbur etmək istəyir ki, daha dollarla kredit verməsindlər, yalnız lari ilə versinlər.

Kepuladze xatırladır ki, “belə təcrübəni Argentinada gördük, ağır nəticələrə gətirdi”. Onun sözlərinə görə, “İsrail və Polşa təcrübələri daha yaxşıdır. Bu ölkələr 10-15 il ardıcıl siyasət yeridərək, dolların təsirindən yaxa qurtardılar.”

Kepuladze deyir ki, əgər hökumət larini gücləndirmək istəyirsə. velosiped ixtira etmək lazım deyil – inflyasiyanı aşağı saxlayıb, yüksək iqtisadi artımı təmin etmək lazımdır.

Gürcüstanın baş nazirinin verdiyi məlumata görə, bankların verdiyi kreditlərin 63 faizi dollarla verilən kreditlərdir. Əhalinin banklardakı depozitlərinin isə 70 faizi dollarladır. (AzadlıqRadiosu)

Ana səhifəXəbərlərGürcüstan: Dollarla krediti olan bu krediti lariyə çevirə bilər