Gürcüstan Dəmir Yolları: Bakı ilə qatar reyslərinin bərpası müzakirə olunur

“Azərbaycan Dəmir Yolları“ndan hələ ki cavab yoxdur

Source: Meydan Tv


“Azərbaycan Dəmir Yolları“ndan hələ ki cavab yoxdur

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqlar aparılır.

Bu haqda məlumatı “Georgian Railway”

yayıb.

Qeyd edilir ki, Tbilisi-Bakı-Tbilisi istiqaməti üzrə sərnişin qatarlarının hərəkəti Azərbaycanın quru sərhədlərini açmasından sonra mümkün olacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti hələ ki Meydan TV-nin sorğusunu cavablandırmayıb.Gürcüstanla Azərbaycan arasında sərnişin qatarlarının hərəkəti pandemiya səbəbindən 2020-ci ilin martında dayandırılıb.

Hələlik Gürcüstana Azərbaycandan getməyin yeganə yolu “Buta Airways”ın həftədə 5 dəfə olan reysidir.

Qiymətlər isə biletin nə zaman alınmasından və baqaj kilosundan asılı olaraq tək yöndə 112- 257 manat arası dəyişir.

Ana səhifəXəbərlərGürcüstan Dəmir Yolları: Bakı ilə qatar reyslərinin bərpası müzakirə olunur