Gürcü nümayişçilər nəticə əldə etmək üçün taktiki dəyişikliyə gedirlər

İyunun 20-də etiraz zamanı parlament binasına girmək istəyən kütləni geri qaytaran zaman polis etirazçılara rezin güllə və təzyiqli su ilə atəş açaraq, 240-dan çox insanın yaralanmasına səbəb olub.

Source: google.az


Giga Makarişvili: ''Bundan sonra mitinqlər ''partizan taktikası'' ilə keçiriləcək''

“Gürcüstanda iki həftədir kütləvi etirazlar edən nümayişçilər aksiyanın nəticə verməsi üçün taktikalarını dəyişirlər,” – Azadlıq Radiosu xəbər verir.

Nümayişçilər Rusiyanın təsirinə qarşı təşkil edilmiş aksiyada polis zorakılığı ilə üzləşdiklərinə görə daxili işlər nazirinin istefasını tələb edirlər.

Təşkilatçılardan biri Giga Makarişvili iyulun 3-də bildirib ki, bundan sonra mitinqlər "partizan taktikası" ilə keçiriləcək.

Makarişvili bildirib ki, etirazçılar hər yerdə daxili işlər naziri Giorgi Gaxarianı istefa edənə qədər təqib edəcəklər.

İyunun 20-də etiraz zamanı parlament binasına girmək istəyən kütləni geri qaytaran zaman polis etirazçılara rezin güllə və təzyiqli su ilə atəş açaraq, 240-dan çox insanın yaralanmasına səbəb olub.

Müxalifət Gaxarianı nümayişləri dağıtmaq üçün həddindən artıq güc tətbiq etməkdə günahlandırıb. Etirazçılar nazirin istefasını tələb etmək üçün gecə saatlarında parlament binasının qarşısında toplanıblar.

"Hər axşam etirazlar zamanı biz Rusiyanın siyasəti ilə əlaqədar filmlər nümayiş etdirəcəyik. Kitabların təqdimatı olacaq. Rusiyanın Gürcüstandakı siyasəti ilə bağlı yazan müəlliflərlə görüşlər təşkil ediləcək," Makarişvili deyib.

Mitinqlərin digər iki təşkilatçısı Şota Diqmelaşvili və Mişa Mşvildadze iyulun 3-də jurnalistlərə taktika dəyişikliyi barədə məlumat veriblər.

İyunun 20-də başlayan etirazlar Gürcüstanı ziyarət edən rus millət vəkilinin gürcü millət vəkillərinə parlamentin spikerinin oturduğu yerdən müraciət etdikdən sonra daha da genişlənib.

Gürcüstan 2008-ci ildə Rusiya ilə beş günlük müharibədə iştirak edib. Müharibə Rusiya qoşunlarının Gürcüstanın iki bölgəsində qalmasıyla nəticələnib.

Ana səhifəDünyaGürcü nümayişçilər nəticə əldə etmək üçün taktiki dəyişikliyə gedirlər