Siyasi qüvvələr, gənc fəallar və ictimai xadimlər avqustun 18-də son həbslərlə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli həbs olunan siyasi məhbuslara fərq qoyulmadan hər birinin hüquqlarının müdafiəsinin zəruri olduğunu qeyd edib. Milli Şuranın sədri son həbsləri ölkə başçısının diktatorluğa yönəlməsini bir daha sübut etdiyini deyir.
Jurnalist Şahvələd Çobanoğlu siyasi məhbusların vahid siyahısının hazırlandığını deyir. Bu, hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ayrılıqda hazırladıqları siyahı əsasında ərsəyə gəlib.
KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan hakimiyyətini vətəndaşların təməl haqqlarını heç cür anlamaq istəmədiyini deyir.
AXCP sədri Əli Kərimli hakimiyyətin kütləvi həbslər etməsinin arxasında ciddi siyasi niyyətlərin durduğunu qeyd edib.
Tədbirin sonunda müdafiə komitəsinin sədri Cəmil Həsənli, onun müavini isə hüquqşünas Vidadi Mirkamal seçildi.