Mənbə: Meydan.TV

"Green card” qalibi: "Xəyallar Amerika, həyatlar Azərbaycan"

"Green card” qalibi: "Xəyallar Amerika, həyatlar Azərbaycan"

İş imkanları, təhsil, yüksək həyat şəraiti - Amerika röyası dünyanın bir çox ölkəsindən olan insanları özünə cəlb edir. Hər il ABŞ-da qanuni immiqrantlığı asanlaşdıran “Green Card” lotereyasına milyonlarla insan müraciət edir. Bunlardan cuzi qismi də Azərbaycanın payına düşür.

“Qalibliyim batdı mənim. Artıq getdi, mən imtina aldım”.

Azərbaycan reallığına gəlincə, “Green card” lotereyası minlərlə insanın içindən sənin bəxtinə düşsə də, bu, hələ yuxunun çin çıxması demək deyil. Elə “Green card”a ard-arda müraciət edən 30 yaşlı Rəsul Quliyev kimi. O "Greencard Azerbaijan” şirkəti vasitəsilə lotereyaya müraciət edib qalib gəlsə də, məlumatları yenilənmədiyindən ona viza verilməyib.

Rəsul Quliyev deyir ki, şirkət müraciət edənlərin məlumatlarını doldurur, beləcə təsdiq nömrəsini özündə saxlayır. Şəxs qalib olduqdan sonra təsdiq nömrəsini əldə etmək üçün 800 dollarlıq müqavilə imzalayır. O vizaya müraciət etmək üçün çəkdiyi 1000 dollar xərci indi şirkətdən tələb edir.

Amerika Səfirliyinin konsulu Ceremi Littl lotereyaya müraciətlə məşğul olan təşkilatları bədniyyətli adlandırır.

“Greencard Azerbaijan” şirkətindən isə suallarımızı cavablandıran olmadı.

Rəsul Quliyev Amerika Birləşmiş Ştatlarına gedib vətənində tapmadığı həyatı yaşamaq istəyirdi. Arzusu işləmək, proqram mühəndisliyini öyrənmək idi.

Amerikaya getmək şansını itirən Rəsul Quliyev “Greencard Azerbaijan” şirkətindən hüquq-mühafizə orqanlarına şikayət etməyi düşünür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5imukj

Ən çox baxılan