Son illər ölkəmizdə dəbə minmiş “Green Card” haqda hələ də çoxu məlumatsızdı. Əsasən bu ərəfələr daha da aktuallaşan “Green Card” mövzu olaraq əksər insanda sual yaradır və çoxluq tərəfindən tam güvənə sahib deyil.
“Green Card”-da Azərbaycan qitə olaraq Avropaya aid edilib, qalib gəlmə ehtimalı Afrikadan sonra 2-ci qitə (Avropa) olaraq öz şanslarını saxlayır. Hər ölkədə nə qədər çox şəxs qeydiyyatdan keçərsə, həmin ölkədə şəxslərin qalib gəlmə ehtimalı yüksəlir və həmin ölkəyə növbəti illərdə daha çox yer ayrılmasına səbəb olur. Azərbaycandan hər il 300-400 şəxs qalib gəlir. Bu sayı artırmaq bizdən asılıdır.
Qeydiyyat bu adda internet portallarında keçirilir və 2 cür qeydiyyat mümkündü. Ödənişsiz və ödənişli. Ödənişsiz qeydiyyat qalib gəldiyiniz halda bütün xərcləri siz ödəməlisiz mənasına gəlir. Ödənişli qeydiyyat isə 50 azn-ə başa gəlir və qalib gəldiyiniz halda bütün xərclər şirkət tərəfindən ödənilir. Onu da qeyd etmək lazımdır ki, ödənişli qeydiyyatdan keçdiyiniz halda qalib gəlməsəniz, ödədiyiniz 50 azn-i geri ala bilməzsiz.
Bilet pulu ödənişli qaliblərə pulsuz verilir, istədiyiniz ştatda sizə iş və ev (kirayə) tapılmagında, dil kursuna yazılmaq istənildikdə və s. köməklik edilir. Onu da qeyd etmək lazımdır ki, ingilis dili bilməyən şəxslər və ya ali təhsili olmayan şəxslər də daxil olmaqla 18 yaşdan yuxarı hər kəs müraciət edə bilər.
Bu bir lotodur, lotoda hamının şansı bərabər oldugu kimi, burada da hər kəs eynidir. “Green Card”-ı başqa yollarla əldə etmək qeyri-mümkündür. Qalib gəlmədiyiniz halda növbəti il üçün yenidən qeydiyyatdan keçmək lazım deyil, siz qalib gələnə qədər hər dəfə lotoda iştirak edəcəksiniz.
Qalib gələn şəxslər növbəti il yola salınır, yox əgər siz getmək istəmirsinizsə, sizi heç kəs məcbur göndərə bilməz. 18 ay vaxtınız olur. Həmin müddətdə Amerikada ən az 1 həftə gedib yaşayan şəxslər Amerika vətəndaşlarıyla eyni hüquqa malik olurlar. Və istənilən zaman viza olmadan gedib-gələ bilərlər. Həmin şəxlərin ailəsi də asanlıqla Amerikaya gələ bilər. Amerikaya viza almağın nə qədər çətin olduğu hər birimizə məlumdur. Sizin yalnız səsvermə hüququnuz olmayacaq.
Lakin 5 il sonra Amerika vətəndaşlıgını alaraq səsvermə hüququna da malik ola bilərsiz. Əgər daimi orda yaşamaq istəmirsizsə belə, arada Amerikaya gedərək, kartınızı aktiv saxlaya bilərsiniz. Arzular ölkəsi olan Amerikada yaşamaq əksər insanın xəyalıdır və bunu reallaşdırmaq sizin hər birinizin əlinizdədir. Almasanız, sizin kartınız istifadə müddətini sonlandırır.
“Green Card” haqda anlayışı olmayıb, qalib gəlib, bunu əyləncə xətrinə edərək, ölkədən kənara çıxmağı qəti ağlına gətirməyən şəxslər… Təəssüf hissiylə deyirəm ki, getmək istəyən insanların yerini tuturlar. Və o insanların gələcək planlarını həyata keçirməyə mane olduqlarının fərqində deyillər. Bunu dərk edərək, uyğun hərəkət etmək, düşünərək addım atmaq lazımdır.
“Green Card” qazanaraq öz həyatını Amerikada qurmaq istəyən hər bir şəxsin qalib gəlməsi arzusu ilə…
Hər birimizə uğurlar!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.