Gözəl Bayramlının məhkəməsi başlayır

Proses Qazax Rayon Məhkəməsində keçiriləcək

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı


Proses Qazax Rayon Məhkəməsində keçiriləcək

AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işi üzrə hazırlıq iclası noyabrın 30-da saat 15-də Qazax rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə başlayacaq.

Bu barədə “Amerikanın Səsi”nə Qazax Rayon Məhkəməsindən

bildiriblər

.

Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.

Noyabrın 1-də Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan

olunub

.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i, axşam saatlarında Gürcüstandan qayıdarkən

saxlanıb

. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra onun həbsi 2 dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib. Xanım siyasətçi oynaq xəstəliyindən əziyyət çəkdiyini deyir.

Ana səhifəXəbərlərGözəl Bayramlının məhkəməsi başlayır