Gözəl Bayramlının işinin ibtidai istintaqı bitdi

“Cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayır”

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı


“Cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayır”

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Məlumatı Gözəl Bayramlının vəkili Elçin Sadıqov yayıb:

“Bu gün Bakı İstintaq Təcridxanasında Gözəl Bayramlı barəsində cinayət işinin ibtidai istintaqının bitdiyi elan edildi. Cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayır”.

Vəkil Gözəl Bayramlının səhhətindən də danışıb. Onun durumunun getdikcə ağırlaşdığını söyləyib:

“Mədəsində ciddi ağrılar var. Bildirdi ki, onu yalnız USM-dən keçiriblər. Əlavə hər hansı bir dərman verilməyib, müalicə edilməyib”.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra onun həbsi 2 dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib. Xanım siyasətçi oynaq xəstəliyindən əziyyət çəkdiyini bildirir.

Ana səhifəXəbərlərGözəl Bayramlının işinin ibtidai istintaqı bitdi