Göz yaşı ilə gülüş bir arada-Nərgiz mükafatı elan olundu

Bu il Nərgiz mükafatının qalibi AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı oldu. Mükafatı onun adından bacısı Şirin Ələkbərova qəbul etdi.
Mükafatın təqdim olunması.

Nərgiz Yaqublu Müsavat Partiyasının üzvü olub. Mitinqlərdə, etiraz aksiyalarında iştirak edib. O, 2015-ci ildə hamilə ikən xəstəxanada komaya düşüb və ayılmayıb. Nərgizin vəfatından sonra Müsavat partiyası 12 nəfərdən ibarət təşkilat komitəsi yaradıb. Komitəyə müxtəlif siyasi partiyaların nümayəndələri, ziyalılar, jurnalistlər, yazıçılar daxildir. Onlar hər il mükafatın qalibini seçirlər.

Mükafat 4 ildir beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərə verilir. Bu il mükafatın sahibi olan Gözəl Bayramlı 2017-ci ildə qaçaqmalçılıqda ittiham olunaraq 3 il müddətinə həbs edilib. O, ittihamları rədd edərək həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3d4fi1

Ən çox baxılan