Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb

20-yə yaxın insan xəsarət alıb

Source:


20-yə yaxın insan xəsarət alıb

Oktyabrın 27-si Goranboy rayonunda ağır yol qəzası olub. Pambıqçıları daşıyan avtobus körpüdən aşıb. 20-yə yaxın insan yaralanıb.

APA yazır ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində olub.

Pambıq sahəsindən işçiləri daşıyan “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.

Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sentyabrın 19-da isə oxşar hadisə Biləsuvar rayonunda

olmuşdu

. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından gələrkən qəzaya uğramışdılar. Təcili yardım maşınında pambıq yığımından qayıdan 4 nəfər tibb işçisi xəsarət almışdı.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anolojii göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilib.

Ana səhifəXəbərlərGoranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb