2016-cı ilin iyununda Dövlət Gömrük Komitəsinin(DGK) xətti ilə dövlət büdcəsinə 144,8 mln. manat köçürülüb.
Bu, apreldən bu vaxtadək ən aşağı göstəricidir. “Turan” agentliyi DGK-nın məlumatına istinadən yazır ki, iyunda gömrük mədaxili 61,5 mln. manat və ya 30 faiz azalıb.
DGK iyunda rekord həcmdə – 60 mln. 270,8 min manat gömrük rüsumu toplayıb.
Bu il DGK-nın gömrük vergisi və rüsumu planı 1 590 mln. manatdan 1 810 mln manata artırılıb. Altı ayda qurumun xətti ilə dövlət büdcəsinə 995,3 mln. manat köçürülüb. Bu, 2015-ci ilin eyni dövründəkindən 30% çoxdur.