Gömrük Komitəsinin keçmiş əməkdaşlarına hökm oxunub

Zamində olan komitə əməkdaşı Adil Kazımov və Muxtar Qasımov məhkəmə zalında həbs ediliblər

Source:


Zamində olan komitə əməkdaşı Adil Kazımov və Muxtar Qasımov məhkəmə zalında həbs ediliblər

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və digər cinayətlərdə təqsirləndirilən Gömrük Komitəsinin keçmiş əməkdaşlarına hökm oxunub.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Türkmənistan vətəndaşı olan Aman Muhamməd Baylyev məhkəmə zalından azadlığa buraxılıb. O, 1 il sınaq müddəti təyin edilməklə 6 il şərti cəzaya məhkum edilib. Gömrük Komitəsinin əməkdaşı olan Neman Abbasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan komitə əməkdaşı Adil Kazımov və Muxtar Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Komitə əməkdaşı olan Aytəkin Tağıyeva və Ziyafət Qurbanov isə şərti cəzaya məhkum ediliblər. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib.

Təqsirləndirilən şəxslərdən biri – Aman Muhamməd Baylyev Türkmənistan vətəndaşı, 5-i – Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) işçiləri olub.

Onlardan yalnız A.Baylyev və N.Abbasovun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.

Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.

Ana səhifəXəbərlərGömrük Komitəsinin keçmiş əməkdaşlarına hökm oxunub