Citi analitikləri neft bazarının yeni sarsıntılara hazır olması barədə xəbərdarlıq ediblər
Rusiyanın
money.rbc.ru (http://money.rbc.ru/news/561546099a7947095c7dc3f6
) saytı neftin qiyməti ilə bağlı məqalə dərc edib. Meydan TV həmin məqalənintərcüməsini oxucularına təqdim edir:
“Goldman Sachs”-ın iqtisadçı-analitikləri 2016-cı il üçün neftin qiyməti barədə proqnozlarını aşağı salıblar. Onlar bildirirlər ki, bazarda neftin çoxluğu qiymətləri barelə görə 20 ABŞ dollarına qədər sala bilər.
“Bloomberg” Agentliyi “Goldman Sachs” investisiya bankının hesabatına əsasən bildirir ki, analitiklər 2016-ci ildə Brent markalı neftin orta qiymətinin proqnozunu 12,5 dollar aşağı salıblar. Əgər mayda analitiklər gələn il üçün 62 $/barel proqnozu vermişdilərsə, indi Brent-in qiymətini 49,5 $/barel olacağını gözləyirlər. İqtisadçılar həmçinin WTI markasının da qiymət proqnozunu aşağı salıblar. İndi onlar deyir ki, 2016-ci ildə WTI markalı neftin qiyməti 57 $/barel deyil, 45 $/barel olacaq.
“Bloomberg” qeyd edir ki, bu iqtisadçıların baza qiymət proqnozudur. Əgər tələbatın azalması fonunda hasilatın daha da artması baş verərsə, onlar daha bədbin ssenariləri nəzərdən keçirərlər. Belə vəziyyət olarsa, neftin qiyməti 20$/barel-dək düşə bilər.Proqnozların aşağı düşməsi bazarda tələb-təklif balansının yenidən dəyərləndirilməsi ilə əsaslandırılır. İqtisadçı Damien Kurvalin yazır ki, “Bazarda neft artıqlığı əvvəl gözləniləndən də daha çox oldu və indi biz gözləyirik ki, bu hal 2016-cı ildə də belə qalacaq”.
“Goldman Sachs” analitiklərinin narahatlığına səbəb var. Belə ki, OPEC ölkələrinin neft hasilatı haqqında son məlumatları bunu deməyə əsas verir. İyul ayında hasilat 100,7 min barel artaraq, ümumi olaraq 31,5 milyon barel təşkil edib. Xüsusilə İran gündəlik hasilatı iyunla müqayisədə 32,3 min barel artıraraq 2,86 mln barelə çatdırıb. Bu, İranda 2012-ci ilin iyunundan sonra ən maksimal hasilatdır.
Son vaxtlar artıq bir neçə böyük investisiya bankı neftin proqnozlaşdırılan qiymətini aşağı salıblar, lakin qiymətlərin 20$/barel-ə düşə biləcəyini ehtimal etmirdilər. BNP Paribas ötən həftə Brent-in qiymətini ilin sonu üçün 69 $/bareldən 55$/barelədək endirib. 2016-cı il üçün orta illik qiyməti proqnozunu isə 14 dollar azaldaraq 62$/barel qəbul ediblər.
İyulda “Bank of America Merrill Lynch” analitikləri üçüncü rüb üçün Brent markalı neftin qiymət proqnozunu aşağı saldılar. Onlar hesab edirlər ki, Brent markasının bareli əvvəllər fərz edildiyi kimi 54 dollara deyil, 50 dollara satılacaq.
Citi analitikləri neft bazarının yeni sarsıntılara hazır olmaları barədə xəbərdarlıq ediblər, belə ki, neftin qiymətinin avqustun sonunda 25-30 faiz bahalaşması heç də obyektiv amillərlə bağlı deyil. Citi hesab edir ki, Brent və WTI neft markalarının qiyməti ilin sonunadək yenidən aşağı düşməlidir, hətta 2015-ci il üçün ən minimum həddə düşə bilər.
Rusiya İqtisadi İnkişaf Nazirliyi özünün yeni sosial-iqtisadi inkişaf proqnozunda cari il ərzində neftin qiymətinin düşməsini gözləyir. Xüsusilə 2015-2016-cı illərdə neftin qiymətinin yeni proqnozu 50$/barel müəyyən edilib və 2017-ci ildə 55$/barelədək, 2018-ci ildə və 60$/barelədək yüksəlir. İlkin versiyada isə neftin qiyməti 2015-ci ildə 52$/bareldən 2016-cı ildə 55$/barelədək artırdı və 2017-ci ildə 60$/barel olacaqdı. Bundan başqa, 2015-ci ilin 4-cü rübü üçün qiymət 38,7$/barel olaraq nəzərə alınıb.
Əlavə olaraq…
(Tərcüməçidən)
2015-ci ilin dekabrın 4-də OPEC ilin son iclasını keçirdi. Hasilat kvotasını gündəlik 31,5 mln barələ qaldırdı. Bu, son 4 il ərzində qəbul edilən kvotandan 1,5 mln barel çoxdur. Əslində OPEC-in hasilatı daha öncə qəbul edilmiş kvotadan son dövrlərdə daha çox olub.
ABŞ 40 ildən sonra yenidən öz neftini satmağa başlayıb.
İran üzərindən sanksiyalar götürülür. Deməli, İran hasilatı artırmaqla yanaşı daha çox neft satacaq.
Rusiya Federasiyasının 2016-cı il büdcəsində neftin bareli 50 dollardan hesablanıb, 13 noyabr 2015-ci il tarixdə birinci oxunuşda qəbul edilib, 2 və 4 dekabrda növbəti oxunuşlardan keçərək, 15 dekabrda təsdiqlənib. Rusiyada Dumada büdcə müzakirələri zamanı neftin qiymətinin 50 dollardan götürülməsinə etiraz edənlər bu qiymətin real bazar qiymətini əks etdirmədiyini deyirdilər.
Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsi 7 dekabr 2015-ci ildə təsdiqlənib. Neftin qiyməti 1 barel üçün 50 ABŞ dollarından hesablanıb.
Maraqlıdır, qiymət şimalda “Dumada” təyin olunur, yoxsa dünya birjalarında…?
Darbuka Filip