Goldman Sachs: Neft 40 dollara düşə bilər

”OPEC istehsalçıları arasında getdikcə artan narazılıq noyabrın 30-da razılaşma əldə etmə ehtimalını azaldır”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”OPEC istehsalçıları arasında getdikcə artan narazılıq noyabrın 30-da razılaşma əldə etmə ehtimalını azaldır”

“Goldman Sachs” investisiya bankı OPEC-in buaykı konfransında neft hasilatını azaltma barədə razılaşma ehtimalının kiçildiyini hesab edir. İnvestisiya bankının ekspertləri düşünür ki, razılaşma olmasa, neft qiymətləri 40 dollara qədər düşə bilər.

Şirkətin analitiklərinin oktyabrın 31-də yayılan hesabatında oxuyuruq: “Hasilat kvotalarının tətbiq olunması ilə bağlı irəliləyişin olmaması və OPEC istehsalçıları arasında getdikcə artan narazılıq noyabrın 30-da razılaşma əldə etmə ehtimalını azaldır”.

Hesabatda qeyd edilir ki, indiyə qədər razılaşmanın olmaması neft qiymətlərini sərt bir şəkildə aşağı çəkib: “OPEC inandırıcı bir razılaşma təklif etməzsə, bizə görə, neft qiymətləri 40 dollara qədər geriləyəcək”.

OPEK neft ixrac edən ölkələr birliyidir. Birliyə 14 ölkə daxildir.

Ana səhifəXəbərlərGoldman Sachs: Neft 40 dollara düşə bilər