Azad Rəhimov yanvar ayından ABŞ-da müalicə olunurdu
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb.
Azad Rəhimov yanvar ayından ABŞ-da müalicə olunurdu. Ailəsi onun ağciyər xəstəliyindən əziyyət çəkdiyini bildirirdi.
1964-cü ildə Bakıda doğulan Azad Rəhimov 2006-cı ildən Azərbaycanın gənclər və idman naziri vəzifəsindəydi. O, 2015-ci ildə "Şöhrət", 2019-cu ildə isə "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordeni ilə təltif edilib.