Gənclər şəhərciyində aksiya


Sakinlər deyir ki, söz verilir, qaz verilmir

Oktyabrın 9-da “Abşeron” Gənclər şəhərciyinin sakinləri etiraz aksiyası keçirib. 7gun.az saytının məlumatına görə, sakinlər “Akkord” Şirkətlər Qrupunun tikdiyi binaların keyfiyyətsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, 5 ildir şirkət vəd versə də, binalar mavi yanacaqla təmin edilmir. Hadisə yerinə gələn”Azəriqaz” əməkdaşı “Akkord”un onlara 1 milyon manata yaxın borcu olduğunu bildirib. Deyib ki, bugünə qədər”Azəriqaz” tərəfindən göstərilən xidmətə görə şirkət ödəniş etməyib.

Həftəsonu olduğundan Meydan TV “Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəVideoGənclər şəhərciyində aksiya