Gəncəyə gedən video-bloger ”yoxa çıxıb”

Elvin Ağsaqqalın harada olduğu barədə məlumat yoxdur

Source:
Elvin Hüseynov
Elvin Hüseynov


Elvin Ağsaqqalın harada olduğu barədə məlumat yoxdur

Elvin Ağsaqqal kimi tanınan video-bloger Elvin Hüseynov iyulun 10-dan “yoxa çıxıb”. Onun sonuncu dəfə Gəncədə olduğu haqda məlumatlar var. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 10-da axşam saat 20 radələrində Gəncənin mərkəzində baş verənləri işıqlandırmaq üçün hadisə yerinə gedib. Ondan sonra Elvin Ağsaqqaldan hər hansı xəbər almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi saxlanılanların adlarını açıqlamadığından video-blogerin həbs olunanlar arasında olub-olmadığı bəlli deyil. Meydan TV-nin DİN-dən bu barədə məlumat almaq cəhdləri boşa çıxıb. İyulun 11-də 40-dan çox şəxsin Gəncə Şəhər Məhkəməsinə gətirildiyi və 30 sutka həbs cəzası aldığı bildirilir. Lakin onların da arasında Elvin Ağsaqqalın olmasına dair məlumat yoxdur.

Ana səhifəXəbərlərGəncəyə gedən video-bloger ”yoxa çıxıb”