Gəncədə dindarlar saxlanıb

Tasua yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb

Source:

Tasua yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb

Gəncədə Tasua yürüşünə çıxan inanclı insanlar saxlanılıb. Bu barədə AzadXeber.az saytının hadisə yerində olan müxbiri xəbər verib. Məlumata görə, Tasua yürüşü üçün Şah Abbas məscidinə toplaşan müsəlmanların 50-ə yaxını polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir.

Bu yürüş Gəncədə hər il keçirilir. İnanclılara təzyiqlərin arxasında Gəncə şəhər İcra başçısı Elmar Vəliyevin olduğunu vurğulayırlar.

“Tasua” Məhərrəm ayının 9-cu gününə deyilir.  Tasua, imam Sadiqin sözünə əsasən imam Hüseyn və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.

Ana səhifəXəbərlərGəncədə dindarlar saxlanıb