“Bu park əvvəllər çox baxımlı idi"

Mənbə: Foto: Meydan TV

Başlıq: “Bu park əvvəllər çox baxımlı idi"

Gəncə sakini: Rəsulzadənin heykəli olan parkda ağaclar kəsilir

İcra hakimiyyəti: “Ekologiya şöbəsi bir neçə quru ağac kəsib”

“İri texnikalar gətirib, parkın içində azı 10 ağacı kəsib getdilər. Mane olmağa çalışsaq da, əlimizdən heç nə gəlmədi”.

Gəncədə “dəmiryolu parkı” kimi tanınan, dəmiryolu yaxınlığında yerləşən parkda ağaclar kəsilib. Bu barədə Meydan TV-yə həmin ərazidə yaşayanlar danışıb. Sakinlərin iddiasına görə, yerli ekologiya şöbəsi parkda təxminən 10 ağac kəsib. Onlar kəsimin qarşısını almaq istəsələr də, bacarmayıblar.

“Əvvəllər baxımlı park idi, indisə...”

Parkın yaxınlığında yaşayan və ərazidən istirahət üçün istifadə edən sakin Kamil Qasımov deyir, eyni parkda əvvəllər də dəfələrlə ağac kəsimi baş verib:

“Bu park əvvəllər çox baxımlı idi. İnsanlar burada istirahət edirdi, ərazidə Məmmədəmin Rəsulzadənin heykəli də var. Ancaq neçə ildir ki, vaxtaşırı ağacları 5-5, 10-10 kəsirlər, yerinə ağac əkmirlər. Məsələn, bu dəfə kəsdikləri də həmişəyaşıl ağaclar idi. Məqsədləri nədir, bilmirik. Sadəcə, qorxduğumuz odur ki, sabah biri ortaya çıxıb burada obyekt tikməyə başlasa, necə ki, ağac kəsiminin qarşısında aciz qalmışıq, obyekt tikintisinin də qarşısını ala bilmərik. İstədiyimiz odur ki, əvvəllər olduğu kimi, parkda skamyalar, uşaqlar üçün oyun meydançaları quraşdırılsın, əhali istifadə etsin. Bütün bunlar əhalinin haqqıdır, çünki ətrafda nə varsa, hər şey bizdən toplanan vergilər hesabınadır”.

"Məqsədləri nədir, bilmirik"

"Məqsədləri nədir, bilmirik"

Mənbə: Foto: Meydan TV

“Bu “ənənə” illərdir ki, Gəncədə davam edir”

Gəncə sakini Samir Vəliyev deyir, illərdir ki, bu ağac kəsimi “ənənəsi” şəhərin hər yerində davam edir:

“Gah Yaşıllaşdırma İdarəsi hansısa küçədə ağaclara “divan tutur”, gah Ekologiya Şöbəsi... Ağacları 5-5, 10-10 kəsirlər, kütləvi kəsmirlər ki, diqqəti çəkməsin, bir də baxırsan ki, 2-3 il ərzində parkın bir hissəsi bomboş qalıb, yerində obyekt tikilir. İndi də məqsədlə nədir, dəqiq bilmirik, bircə onu bilirik ki, sağlam ağacı kəsmək məqsədsiz olmur”.

Samir Vəliyev deyir, ağacları kəsməkdənsə, parkda səliqə-səhman yaradılsa, daha faydalı olar

“Parkı zibilliyə döndərib, gediblər”

“Ağacları kəsiblər, bu, bir tərəfə, üstəlik, parkı da bərbad vəziyyətə salıblar. Sizə fotolar göndərmişik, parkın durmuna baxın... Neçə gündür ki, ağaclar kəsilib, parkı zibilliyə döndərib gediblər, heç tökdüklərini də təmizləməyiblər. Neçə gündür ki, adamlar parkın içindən keçə bilmir. Tələb edirik ki, o park abadlaşdırılsın, orda Məmmədəmin Rəsuzadənin heykəli var. Parkın zibillik içərisində saxlanması onun ruhuna da hörmətsizlikdir”, - Samir Vəliyev deyir.

"Vaxtaşırı ağacları 5-5, 10-10 kəsirlər, yerinə ağac əkmirlər".

"Vaxtaşırı ağacları 5-5, 10-10 kəsirlər, yerinə ağac əkmirlər".

Mənbə: Foto: Meydan TV

Sakinlər deyir, ağaclar quru olduğuna görə kəsilsəydi, yeruinə yeniləri əkilərdi, ancaq əkilmib.

Rəsmi qurum: “Kəsilmiş ağacların yerinə yeniləri əkiləcək”

Meydan TV müxbiri Gəncənin Ekologiya Şöbəsi ilə əlaqə saxlaya bilməsə də, məsələyə Gəncə Şəhər İcra Hakimiyyətindən münasibət öyrənə bilib. Qurumdan bildirilib ki, fevralın 2-də 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən budama işləri aparılarkən Zülfü Hacıyev 69 ünvanı yaxınlığındakı parkda qurumuş təxminən 5 ağac aktlaşdırılıb və kəsilib. Gəncə sakini olan Kamil Qasımov ağac kəsimi ilə bağlı müvafiq qurumlara şikayət edib. Fevralın 7-də yerli Ekologiya Şöbəsinin əməkdaşları həmin vətəndaşla birlikdə ağacların kəsildiyi ərazidə olublar. Vətəndaşa ağacların kəsilmə səbəbləri izah edilib və aktla tanış olub. Ona kəsilmiş ağacların yerinə yeni ağacların əkiləcəyi ilə bağlı məlumat verilib.

"İstədiyimiz odur ki, əvvəllər olduğu kimi, parkda skamyalar, uşaqlar üçün oyun meydançaları quraşdırılsın, əhali istifadə etsin".

"İstədiyimiz odur ki, əvvəllər olduğu kimi, parkda skamyalar, uşaqlar üçün oyun meydançaları quraşdırılsın, əhali istifadə etsin".

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j5tyqs

Ən çox baxılan