Gənc fəallar yoxa çıxıb

Onların abidəyə şüar yazdıqları üçün saxlanıldığı ehtimal olunur

Source:


Onların abidəyə şüar yazdıqları üçün saxlanıldığı ehtimal olunur

NİDA Hərəkatının üzvü Bayram Məmmədov və solçu kimi tanınan Qiyasəddin İbrahim mayın 10-u gecədən yoxa çıxıblar.

Bu barədə Meydan TV-yə gənclərin yaxınları məlumat verib. Onların harada olması barədə məlumat yoxdur. Gənclərin polis tərəfindən saxlanıldığı ehtimal olunur. Ancaq 24 saata yaxın vaxt keçsə də, hüquq-mühafizə orqanları heç bir açıqlama verməyib.

Bakı Şəhər Baş Polis İdarəsindən Meydan TV-yə bildiriblər ki, gənclər 24 saat ərzində tapılmazsa, bu zaman idarə işi öz üzərinə götürür. Ancaq ailələri yaxınlıqdakı polis bölməsinə məlumat verməlidirlər.

Ehtimal olunur ki, gənclər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsində saxlanılır. Onların sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı güman edilir.

Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.

Ana səhifəXəbərlərGənc fəallar yoxa çıxıb