Yanvarın 16-da Elvin Abdullayev tibbi ekspertiza üçün anatomiya mərkəzinə gətiriləcək
AXCP Gənclər Komitəsinin ötən həftə həbs olunmuş üzvü Elvin Abdullayevə qarşı saxlanılma zamanı fiziki zorakılıq tətbiq olunub. Bu haqda Elvin Abdullayev özü bildirib və tibbi ekspertiza tələb edib. Məhbusun vəkili Bəhruz Bayramov “Azadlıq” qəzetinə deyib ki, yanvarın 16-da Kürdxanıda Elvinlə görüşəcək: “Artıq biz bu məsələyə müdaxilə etmişik. Yanvarın 15-də Elvin Abdullayev tibbi ekspertiza üçün anatomiya mərkəzinə gətiriləcək. Ona hansı dərəcədə xəsarətin yetirildiyi tibbi ekspertiza nəticəsində müəyyən olunacaq”.
Elvin Abdullayev cinayət məcəlləsinin 234-cü maddəsi ilə ( CM bu maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə kimi kimi hallarla məşqul olan adamlara şamil edilir) ittiham olunur və Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.