Gələn ilin büdcəsindən dövlət orqanlarına ayrılan vəsait bəlli olub

Nazirlər Kabinetinin büdcəsi azaldılıb

Source:


Nazirlər Kabinetinin büdcəsi azaldılıb

2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq.

Quruma 8 milyon 380 min 601 manat ayrılacaq. Bu, 2017-ci ildəki vəsaitdən 1 milyon 543 min 51 manat azdır.

Prezident Administrasiyasına (PA) isə 91 milyon 600 min 477 manat vəsait ayrılacağı gözlənilir.

Bu isə 2017-ci ildə ayrılan məbləğdən 16 milyon 2 min 931 manat çoxdur. Builki vəsait 75 milyon 597 min 546 manat olub.

Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan vəsaitdə də artım var. 2 milyon 395 min 931 manat. Bu da 2017-ci illə müqayisədə 80 min manat çoxdur.

Milli Məclisə (MM) ayrılacaq vəsaitin həcmi də müəyyənləşib. 24 milyon 232 min 55 manat. Bu rəqəm 2017-ci ildə ayrılan vəsaitdən 530 min 699 manat artıqdır. Bu il MM-ə 23 701 356 manat ayrılmışdı.

Bütün bunlar Azərbaycanın 2018-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulub

Ana səhifəXəbərlərGələn ilin büdcəsindən dövlət orqanlarına ayrılan vəsait bəlli olub