Prezident Ramiz Yediyarovun işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev iyunun 1-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovu vəzifəsindən azad edib.
Ölkə başçısı bununla bağlı
sərəncam
imzalayıb.
Ramiz Yediyarov 2012-ci ildən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
O, 2010—12-ci illərdə Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib.
Prezidentin 11 fevral tarixli 738 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı vardır.