Gədəbəydə süni göl ətrafında baş verənlər – GENİŞ REPORTAJ

Bu, ötən gün polisin gözünə qaz sıxdığı Gülarə Mansurovadır.

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov isə deyir:  

Bu isə Mürsəlovun ifadəsi ilə vətən xainlərinin bizə göstərə bildikləri xəsarətlər: 

Söyüdlü kəndində ötən gün baş verən hadisədən sonra saxlananlar olub. Sakinlər bu gün onların azad edilməsi və ərazidə ikinci gölün tikilməməsi üçün etirazlarına davam ediblər. Əraziyə gələn icra başçısı Orxan Mürsəlovun isə onlarla görüşdə daha çox hədələyici ritorikası diqqət çəkib.  

Mürsəlovun qəzəbinə jurnalistlər də tuş gəlib.  

Qayıdaq göl məsələsinə. Gədəbəy” yatağında hasilatla “Anglo-Asian Mining” şirkəti məşğuldur. Müqavilədə Azərbaycanın payı 51%, şirkətin payı isə 49%-dir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. 11 il öncə ərazidə tullantılar üçün ilk süni göl yaradılıb. Bu yaxınlarda isə sakinlərə deyilib ki, tullantılar üçün ikinci süni göl yaradılacaq. Kənd bələdiyyəsi isə yazılı şəkildə sakinlərin buna etiraz etdiyini aidiyyatı qurumlara çatdırıb.  

Ötən gün yeni gölün inşa edilməsi ilə bağlı çalışmaların başlandığı deyilib və kənd sakinləri inşaata mane olmaq üçün əraziyə gedib. Ondan sonrası isə iki gündür Azərbaycanda ən çox müzakirə edilən bu kadrları ortaya çıxarıb.  

Sakinlər ilk gölün də sağlamlıqları və ekologiya üçün ciddi təhdid olduğunu iddia edirlər. Kənddə sianid hekayəsi o qədər yayılıb ki, indi insanlar rastlaşdıqları hər problemi onunla əlaqələndirirlər. Sakinlərin bu iddiasını inkar edəcək bir araşdırma aparılmayıb. Amma icra başçısı Orxan Mürsəlov onlara söz verib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri məsələni araşdıracaqlar. Nazirlər Kabineti də bildirib ki, Söyüdlü kəndindəki vəziyyəti araşdırmaq üçün komissiya yaradılıb. Komissiya Söyüdlü kəndindəki tullantıxana sahəsində monitorinq aparacaq. Amma komissiyada müstəqil ekspert yoxdur, hamısı dövlət məmurlarıdır. 

Sakinlərin digər tələbi isə həbs edilən etirazçıların sərbəst buraxılması, zorakılıq edən polislərin cəzalandırılmasıdır.

Ana səhifəVideoGədəbəydə süni göl ətrafında baş verənlər – GENİŞ REPORTAJ