Füzuli köçkünlərini indi də polislər köçürür?! (VİDEO)

“Səbail Rayonunun İcra Hakimiyyəti polisləri göndərib ki, bizi 20 ildə qurduğumuz evdən zorla çıxartsınlar.

Deyirlər evlərini buldozerin qabağına verin, çıxıb getsinlər. Biz də deyirik ki əziyyət çəkirik, necə bu qonşulara kompensasiya veilmir, elə də bu evin yiyəsinə kompensasiya verilsin. Bizim günashımız odur ki biz məcburi köçkünük?”

Səbail rayonundakı Əhəd Yaqubov küçəsi ev 97-də yaşayan və Füzulidən olan məcburi köçkün ailələrini bu gün rayonun İcra Hakimiyyəti nümayəndələri və polis əməkdaşları zorla evlərindən çıxarmaq istəyiblər. Ev sahibinin qəfil səhhətinin pisləşməsi bu “işi” iki gün sonraya salıb. Məcburi köçkünlərin evlərdindən çıxarılmasına səbəb isə həmin ərazidən kənarda tikilən üzgüçülük hovuzu ilə bağlıdır. bu barədə geniş material meydan TV də sabah yayınlanacaq və üzgüçülük hovuzunun kim tərəfindən tikilməsinə aydınlıq gətiriləcək

Ana səhifəVideoFüzuli köçkünlərini indi də polislər köçürür?! (VİDEO)