Futboldan çörək pulu qazananlar (VİDEO)

Kimisi tum satır, kimisi futbol aksessuarları, kimisi qəzet, kimisi də sadə azarkeşdir. Evə çörək aparanların arasında  məktəblisi də var, ailə başçısı da. Hərə özünü bir cür təqdim edir.  Onları birləşdirən dəyər isə “Qarabağ”dir.


16 yaşım var. Ağlım kəsəndən “Qarabağ” futbol komandasına azarkeşlik edirəm.


3-4 ildir futbol oyunları vaxtı stadionun ətrafında müxtəlif şeylər satıb, pul qazanıram. 22 yaşım var.


Adım Səhmandır, 35 yaşım var. “Qarabağ” azarkeşiyəm. On ildir ki, futbol oyunları zamanı gəlib burda müxtəlif şeylər satıb pul qazanıram.


Adım Ümiddir, 16 yaşım var. Üç ildir ki, atama  kömək edirəm, stadionda fubol zamanı müxtəlif şeylər satəb pul qazanırıq, Həm də “Qarabağ” azarkeşiyik.


Adım Süleymandır, 11 yaşım var. İki ildir ki, futbol oyunları vaxtı tum satıb, pul qazanıb, evdəkilərə kömək edirəm.   “Qarabağ” futbol klubuna azarkeşlik edirəm.


Adım Cavad, 23 yaşım var. Bir ildir ki, qazet satmaqla məşğulam. “Qarabağ” azarkeşiyəm.


Adım Eşqindir, 12 yaşım var. Bacım Dərya ilə birlikdə tum satırıq burda. Dəryanın isə 9 yaşı var. Bir ildir ki, futbol vaxtı tum satıb evdəkilərə kömək edirik.


Adım Turaldır, 16 yaşım var. İki ildir “Qarabağ”a azarkeşlik edirəm.


Adım Elvindir, 21 yaşım var, altı ildir, “Qarabağ” azarkeşiyəm.


Adım Mübariz, 38 yaşım var. Üç yaşlı qızımı da ilk dəfədir  futbola baxmağa gətirmişəm. “Qarabağ” komandası yaranandan azarkeşlik edirəm.


“Çörək puluna çıxmışıq, a bala. Azarkeşlik eləməyə imkan da yoxdu”


Adım Elnurdur, 31 yaşım var. Ağlım kəsəndən “Qarabağ” azarkeşiyəm, Ağdamda doğulmuşam.


“Qarabağ” azarkeşiyəm. Atam həmişə məni futbola baxmağa gətirir.


Adım  Mirəbülfəz, iki ildir “Qarabağ” azarkeşiyəm.


Adım İbrahimdir, 16 yaşım var. Əvvəl “Neftçiyə” azarkeşlik etmişəm, amma iki ildir ki, “Qarabağ” azarkeşiyəm.


Adım Azaddır, on yeddi yaşım var, səkkiz ildir ki, “Qarabağ”ın oyunların izləyirəm və azarkeşlik edirəm.


Adım Elvindir, 19 yaşım var, beş-altı ildir ki, “Qarabağ” futbol klubuna azarkeşlik edirəm.

Ana səhifəVideoFutboldan çörək pulu qazananlar (VİDEO)