Futbolçular ayağa qalxdı: “”İnter” pulumuzu versin!”

“Maliyyə problemi var, bunu danmaq olmaz. Rəhbərlik futbolçularla görüşüb söhbət edib. Yaxın günlərdə həll ediləcəyini bildiriblər. Məndə olan məlumat bundan ibarətdi”.

Source:


“Maliyyə problemi var, bunu danmaq olmaz. Rəhbərlik futbolçularla görüşüb söhbət edib. Yaxın günlərdə həll ediləcəyini bildiriblər. Məndə olan məlumat bundan ibarətdi”.

Cəmi iki gün sonra Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Atletik”lə matça çıxacaq “İnter”də vəziyyət yenidən kritikləşib. Səbəb isə yenə puldu.

Bakı klubunun futbolçuları rəhbərliyə “maaşlarımızı verməsəz, “Atletik”lə oyuna çıxmayacağıq” ultimatumu veriblər. Bu xəbəri “futbol11.az” saytı yayıb.

Sayt yazır ki, onsuz da “bankirlər”in vəziyyəti əvvəldən məlum idi. Klubun keçmiş futbolçularına böyük məbləğdə borcu var. İndi isə məlum olur ki, yeni müqavilə bağlanılan futbolçular da iki ayağını bir başmağa dirəyib, pullarını tələb edirlər. Amma indiki vəziyyət birbaşa ölkənin imicinə zərbə vura bilər. Axı “İnter” hansısa çempionat oyununa yox, Avroliqa matçına çıxmağa hazırlaşır. Futbolçuların üsyanı Azərbaycanın rüsvay olması ilə nəticələnə bilər.

“İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Komanda.az-a açıqlamasında vəziyyətin kritik olduğunu gizlətməyib:

“Maliyyə problemi var, bunu danmaq olmaz. Rəhbərlik futbolçularla görüşüb söhbət edib. Yaxın günlərdə həll ediləcəyini bildiriblər. Məndə olan məlumat bundan ibarətdi”.

Ana səhifəXəbərlərFutbolçular ayağa qalxdı: “”İnter” pulumuzu versin!”