Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı

Cəbhəçinin girov müqabilində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatəti rədd edilib

Source:

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı


Cəbhəçinin girov müqabilində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatəti rədd edilib

Martın 2-də Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyilə həsbdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Məlumatı Meydan TV-yə AXCP funksionerinin vəkili Fəxrəddin Mehdiyev verib.

Vəkil deyib ki, Qəhrəmanlının girov müqabilində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatəti rədd edilib və prokurorluğun həbs müddətinin 2 ay uzadılması təqdimatı qəbul olunub.

F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib.

Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. AXCP funksioneri Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərFuad Qəhrəmanlının həbs müddəti uzadıldı