Fuad Poladovun səs telləri iflic olub

Aktyor 5 aydır səhnəyə çıxmır

Source:


Aktyor 5 aydır səhnəyə çıxmır

Xalq artisti Fuad Poladovun səs telləri iflic olub. Bunu Azadlıq Radiosuna aktyorun özü deyib.

Mayın 24-də, ad günündə bu barədə danışan Fuad Poladovun sözlərinə görə, yaşadığı əsəb sarsıntısı ucbatından səsi iflic olub. Ona görə də 5 aydır səhnəyə çıxa bilmir.

Mayın 24-də Fuad Poladovun 69 yaşı tamam olur.

F.Poladov  aktyor Hikmət Rəhimova görə Milli Dram Teatrın səhnəsindən getdiyini açıq şəkildə demiş, ancaq bundan sonra teatrda qalmağın əhəmiyyətsiz olduğunu söyləmişdi: “Mən sıravi aktyoram. Mən tək orda neyləyə bilərəm, yəni nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, «bespoleznı» işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər”.

Ana səhifəXəbərlərFuad Poladovun səs telləri iflic olub