Jurnalist üçün Bakıya təyyarə bileti alınıb
Azərbaycanlı jurnalist Fuad Abbasovun Bakıya göndərilməsindən ötrü üçün ona mayın 31əi təyyarəyə bilet alınıb.
Məlumatı
“Report”
a Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinin üzvü, “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov bildirib.
O, bildirib ki, Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib. Bu şikayətlə bağlı məktub sabaha qədər təcridxanaya daxil olmasa, Fuad Abbasov mayın 31-də Bakıya göndəriləcək.
Fuad Abbasov
mayın 18-də Moskvada saxlanılıb.
Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərir. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.