Fuad Abbasov

Mənbə: google.az

Başlıq: Fuad Abbasov

Fuad Abbasov: Sosial şəbəkələrdə yayılan fotonu polislər çəkiblər

''Milli ədavətin qızışdırılması ittihamı ''Azərros'' rəhbərliyinin ''mavi'' arzularıdır''

Moskvada mayın 18-də saxlanılan və Azərbaycana deportasiya üçün hazırlanan jurnalist Fuad Abbasov mayın 28-də deportasiya olunacağını, lakin hələlik bilet alınmadığını deyib.

Hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov “ONA” saytına müsahibəsində deyib ki, baş verən hadisələr ermənilərin çoxdankı arzularının yerinə yetməsidir və ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var.

Saxlanılmağı barədə danışan jurnalist bildirib ki, mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxan zaman, üç nəfər mülkü geyimdə olan şəxs onu saxlayıb.

“Heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim. Məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindın çıxıb, özümü bayıra atdım və “polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar”.

Fuad Abbasov bildirib ki, imzalamaq üçün təqdim edilən sənəddə onun Rusiyada yaşamaq üçün icazəsi ləğv olunub.

“Mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Daha sonra məni polis maşınına oturtdular. Sosial şəbəkələrdə paylaşılan fotoları özləri çəkib, yayıblar”.

O deyib ki, Ximki Şəhər Məhkəməsində sənədsiz olduğu, Rusiyada oturma icazəsinin ləğv olunduğu deyilib.

“Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu”.

Fuad Abbasovun sözlərinə görə, xüsusi saxlanma məntəqəsində beş gün yanına heç kəsi buraxmadılar, zəng etməyə də icazə verməyiblər.

Onun sözlərinə görə, mayın 21-dən telefonla danışmağına icazə veriblər.

Fuad Abbasov qeyd edib ki, o Rusiyaya gələn zaman, ona “stop” qoyulmayıb.

“Həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada “stop” qoyduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə “stop” qoyan qurumu məhkəməyə verdim. Mayın 7-nə ilk məhkəmə iclasında “stop”un olduğunu söylədilər, amma rəsmi sənədin onlarda olmadığını bildirdilər. Gələn məhkəmə iclası mayın 17-ə təyin olundu. Mayın 16-da isə məni tutdular”.

Milli zəmində ədavəti qızışdırmaq ittihamına gəldikdə isə, jurnalist deyib ki, bu müddətdə ona bir kəlmə də olsun bu haqda heç nə deyilməyib.

“Bu “milli ədavəti qızışdırma” məsələsi “Azərros” rəhbəri Mehriban Sadıqovanın “mavi” arzularıdır. Onu özü mənə şəxsən deyib ki, guya, mən Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər mən belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zuzzik

Ən çox baxılan