Freedom House yenə də Azərbaycanı “qeyri-azad ölkə” adlandırıb

Azərbaycan və Venesuelada siyasi məhbusların sayı 2014-ci ildə artıb

Source:


Azərbaycan və Venesuelada  siyasi məhbusların sayı  2014-ci ildə artıb

Freedom House hüquq- müdafiə təşkilatı “Dünyada Azadlıq-2015” adlı illik hesabatını yayıb. Hesabat 195 ölkədə azadlığın səviyyəsini dəyərləndirib.

Hesabatda deyilir ki, 2014-ci ildə azadlığının vəziyyəti demək olar ki, dünyanın hər yerində xeyli pisləşib.

Suriya dünyanın ən qeyri-azad ölkəsi sayılıb. Rusiyanın Ukraynanı işğalı isə demokratiyaya pis zərbə adlandırılır.

Hesabatda bildirilib ki, Azərbaycan və Venesuelada  siyasi məhbusların sayı  2014-ci ildə artıb. Azərbaycan son bir neçə ildə olduğu kimi, “qeyri-azad” ölkələr sırasında yer alıb. Bu, onunla izah olunur ki, Azərbaycanda hökumət tənqidçilərinin, insan haqları fəalları və jurnalistlərə qarşı repressiyalar gücləndirilib. Onların həbsə atıldığı qeyd olunur (Turan İA).

Ana səhifəXəbərlərFreedom House yenə də Azərbaycanı “qeyri-azad ölkə” adlandırıb