Təşkilat hesab edir ki, demokratiyanın səviyyəsinin pisləşməsində Rusiyanın rolu var
2014-cü ildə keçid dövründə ölkələrə dair hesabatda ”Freedom House” təşkilatı Rusiyanı azad institutlardan uzaqlaşmanı və regiona yeni həyəcanlı repressiyaların gətirilməsini edən siyasi model kimi göstərir.
Bununla belə, ötən il bəzi müsbət irəliləyişlər olub. Kosovo, Albaniya və Gürcüstan seçki prosesinin yaxşılaşdırılması və hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı qiymətləndirilib.
Hesabatdan aşağıdakı nəticələrə gəlinir:
* 29 Avrasiya ölkəsindən 13 demokratik, 6-ı keçid rejimlər, 10-u avtoritar kimi qiymətləndirilib. 2013-cü ildə Rusiyanın öz qonşu ölkələrinə mənfi təsiri daha çox nəzərə çarpıb, məsələn, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran Rusiya qanunlarının surətləri;
* Vətəndaş cəmiyyəti üçün ən pis mühit Rusiya, Azərbaycan və Qazaxıstandadır.
Hər ölkədə vəziyyətə dair hesabatın tam mətni iyunun 12-də açıqlanacaq (Turan IA).