Gənc bir qadın Frederik Beqbederdən polisə şikayət edib
Fransa polisinin yazıçı Frederik Beqbederə qarşı zorlama ittihamı ilə ilkin istintaqa başladığı bildirilir.
“France Bleu”nun məlumatına görə, dekabrın 12-də səhər saat 9 radələrində 58 yaşlı yazıçı Pau şəhərinin polis bölməsinə dindirilmək üçün çağırılıb və bir neçə saat saxlanılıb.
“France Info” radiosunun məlumatına görə, 2023-cü ilin iyulunda gənc bir qadın Beqbederə qarşı polisə şikayət edib.
Qadının adı açıqlanmayıb.
Beqbeder səkkiz saat həbsdə qalıb və axşam saatlarında sərbəst buraxılıb.
Cinayət işlərinə nəzarət edən şəhər prokuroru Rodolf Jarry olayı təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.
Prokuror bildirib ki, yazıçı ona qarşı irəli sürülən ittihamları, faktları mübahisələndirib.
İbtidai istintaq davam edir.
Frederik Beqbeder “Komadakı tətil” (1995), “Məhəbbət üç il yaşayır” (1997), “Ekstaz haqqında hekayələr” (1999), “99 frank” (2000) romanlarının müəllifidir.
2009-cu ildə yazıçı avtobioqrafik “Fransız romanı” na görə Fransanın “Renaudo” Mükafatına layiq görülüb.