Fransada terror aktı (Yenilənir)



11.43.


Prezident İlham Əliyev Fransanın Nitsa şəhərində törədilən terror aktına görə Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.



“Report” xəbər verir ki, başsağlığı məktubunda deyilir:



Hörmətli cənab Prezident,



“Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.



Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.



Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.



10.11.


Fransanın Nice şəhərində baş verən hücum zamanı azı 84 nəfər ölüb, 18-nin son dərəcə ağır vəziyyətdə olduğu 50-yə yaxın insan yaralanıb, Fransa Daxili İşlər Nazirliyinin yaydığı ilkin məlumatda deyilir.

BBC-Azərbaycanca bu barədə məlumat yayıb.



7:25.


 Terror aktı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.



4:36


 Nitsa şəhər merinin ən son məlumatına görə ölənlərin sayı 77 nəfər oldu

_____________________________



4:15 Bu dəqiqəyə məlum olanlar

– Fransanın Nitsa şəhərində baş verən terror aktının məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

– Ölənlərin sayının 75 olduğu təsdiqlənib.

– Atəş açılaraq böyük kütlənin üzərinə gələn yük maşının sürücüsü öldürülüb.



_____________________________



03:00


 Fransanın Le Figaro saytının məlumatına görə ölənlərin sayı 73 oldu.



_____________________________



02:30


Nis şəhər Baş Prokurorluğunun yaydığı məlumata görə, ölənlərin sayı 60-a çatıb və 100-dən çox yaralı var. Hadisəni törədən yük maşının polisin atəş açması nəticəsində yararsız hala düşdüyü bildirilir.

_____________________________

Fransanın Nitsa şəhərində terror aktı olub. Meydan tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, „İnqilab günü“nün qeyd edildiyi şəhərdə yük maşını minlərlə insanın arasına daxil olub. Maşının içərisindəkilər insanlara atəş açmağa başlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 30 nəfər ölüb və xeyli sayda adam yaralanıb.

Nis şəhərinin bələdiyyə sədri hadisənin terror aktı ola biləcəyini təsdiqləyib. Sədr həmçinin şəhər əhalisini küçəyə çıxmamağa çağırıb.

Ana səhifəVideoFransada terror aktı (Yenilənir)