İki nəfərin öldüyü, 12 nəfərin yaralandığını hadisəni İŞİD öz üzərinə götürüb
Fransanın Treb şəhərində supermarketə silahlı basqın olub.
“Euronews”-un məlumatına görə hadisə zamanı 2 nəfər ölüb. Şəhər meri açıqlamasında 12 nəfərin yaralandığını, bütün girovların azad edildiyi bildirib.
Hadisəni törədənin İŞİD üzvü olduğu deyilir.
“Sky News Arabia”-nın
yaydığı
məlumata görə, silahlı şəxs mağazaya girərkən “Allahu əkbər” qışqırıb və İŞİD üzvü olduğunu bildirib. Hadisə yerli vaxtla saat 11-də baş verib.
Bundan əvvəl o, Trebdən 10 kilometr aralıda yerləşən Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.