Fransada satirik jurnala qarşı terror, 12 nəfər öldürüldü (yenilənib)
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 7 Yanvar 2015 19:36
23.03.
“Charlie Hebdo” satirik həftəliyinin baş redaktoru, terror aktı zamanı ölən Stefan Şarbonye “Əl Qaidə” terror təşkilatının əsas hədəflərindən biri olub.
Stefan Şarbonye “Əl Qaidə” tərəfindən “İslama qarşı cinayətlərə görə” axtarışda olan 9 adamdan biri olub. Siyahı “Əl Qaidə” tərəfindən maliyyələşdirilən “İnspire” nəşrində dərc edilib.
Terrorçular yoldakı avtomobillərdən birini ələ keçirərək olay yerindən uzaqlaşıblar
Fransada nəşr olunan satirik “Charlie Hebdo” jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.
“Le Figaro”ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.
“Reuters” agentliyi hadisə zamanı 12 nəfərin öldüyü, azı 7 nəfərin yaralandığı haqda xəbər yayıb. Ölənlərdən ikisi polisdir. Yaralılardan 4-ü ağır vəziyyətdədir. Hücum zamanı bəzi əməkdaşlar binanın damında gizlənə biliblər.
Olayla əlaqədar Fransa prezidenti Fransua Ollan “Charlie Hebdo” jurnalının redaksiyasını ziyarət edib. Prezident Fransanın şokda olduğunu bildirib: “Heç bir şübhə yoxdur ki, bu, terror aktıdır”.
Dövlət başçısı təhlükəsizlik sahəsi ilə məşğul olan bütün nazirlərin iştirakı ilə müşavirə keçirəcəyini söyləyib.
Şahidlər terrorçuların polislə atışaraq binadan ayrıldığı anı mobil telefonla çəkə biliblər. Qara geyimli 2 kişi “Allahu Əkbər!”, “Biz peyğəmbərə görə qisas aldıq!” deyə qışqırıb. Terrorçular yoldakı avtomobillərdən birini ələ keçirərək olay yerindən uzaqlaşıblar.
“Charlie Hebdo” jurnalı 1 il əvvəl Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi. Jurnal bu gün baş verən terror aktından qısa müddət öncə “
Twitter
” səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını paylaşıb. Terror aktının da sonuncu karikaturaya görə edildiyi bildirilir.
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.