Fransa məhkəməsi ”1915-ci il qanunu”nu ləğv etdi

”Qanun söz azadlığına bir zərbədir”

Source:


”Qanun söz azadlığına bir zərbədir”

Fransa Konstitusiya Məhkəməsi əsrin ikinci onilliyində, 1915-ci il olayları üzrə erməni iddialarını əhatə edən “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.

Türkiyənin

“Hürriyyet”

qəzeti yazır ki, məhkəmə qərarında hazırkı qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

Qərarda bildirilib ki, qanun tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Həm də qanun tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir”.

Qanun 2016-cı ilin oktyabrında qəbul olunub və qanuna qarşı çıxanlar 1 il həbs, yaxud 40 min avro cərimələnəcəkdilər.

O zaman Fransadakı türk təşkilatları qanuna qarşı çıaxaraq aksiyalar keçirmiş və Konstitusiya Məhkəməsinə göndərmişdilər.

Ana səhifəXəbərlərFransa məhkəməsi ”1915-ci il qanunu”nu ləğv etdi