İsmayıl Nur: ” Azərbaycan Fotoqraflar Birliyinin reaksiyası məni narahat etmir”
“Report”un sabiq fotoreportyoru İsmayıl Nur 2013-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ona verdiyi “Ümid” mükafatından imtina edib.
Bu barədə Meydan TV-yə açıqlama verən İsmayıl Nur bildirib ki, Azərbaycandakı istedadlı fotoqraflara qarşı olan haqsızlıqlara etiraz edir. Onun fikrincə, son illər AFB mükafatları istedada, görülən işə görə yox, yaxınlıq, dostluq əlaqələrinə görə verir.
Təşkilatın onun imtinasına reaksiyasına gəlincə, İsmayıl Nur deyir ki, böyük ehtimalla onu paxıllıqda ittiham edəcəklər: “Amma mən bunu özüm uçün etmirəm. Özüm onsuz da heç bir mükafat gözləmirdim. Sadəcə, bu il azərbaycanlı fotoqrafların gördükləri işlərlə yaxından tanış olmuşam, bu mükafatlara layiqli kifayət qədər zəhməti dəyərləndirilməyən insan var. Verəcəkləri reaksiya isə məni narahat etmir, haqsızlığa qarşı olmaq hər şeydən üstündür”.