Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi başladı

Elnur Nəhmədov şairin oğlunu döyərək öldürməkdə günahlandırılır

Source:
Fikrət Qoca
Fikrət Qoca


Elnur Nəhmədov şairin oğlunu döyərək öldürməkdə günahlandırılır

İyulun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunu qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovun, onun xuliqanlıqda təqsirləndirilən tanışları Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

İttihama görə, Yalçın Qocayev tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. E.Nəhmədov mübahisə zəminində Y.Qocayevi döyərək qətlə yetirib.

Yalçın Qocayev xalq şairi Fikrət Qocanın oğludur.

Ana səhifəXəbərlərFikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi başladı