Bir neçə əməkdaşın xəsarət aldığı bildirilir
Mayın 25-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili qəzaya uğrayıb.
Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.
Bu barədə "report.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisənin Binəqədi rayonu ərazisində baş verdiyi deyilir.
Bildirilib ki, yaralananlardan biri müalicəsi alır, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.